×
A
A
A
Sazlamalar

Cümhuriyyətin yaradılmasının 100 illiyi Türkiyənin Manisa vilayətində qeyd olunub

Bakı, 31 dekabr, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi Türkiyənin Manisa vilayətində qeyd olunub.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, vilayətin Şahzadələr, Yunus Əmrə rayonları bələdiyyələrinin və Manisadakı Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkil etdiyi tədbirə şəhər ictimaiyyətinin nümayəndələri də qatılıblar. Tədbirdə Azərbaycanın tanınmış incəsənət ustaları da iştirak ediblər.
Yubiley tədbirində çıxış edənlər Azərbaycan və Türkiyə xalqlarının “Bir millət, iki dövlət” olduğunu vurğulayaraq, bu tədbiri Manisanın həyatında əlamətdar hadisələrdən biri kimi dəyərləndiriblər. Xüsusi qeyd olunub ki, əsrlərdən bəri inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı gündən-günə daha da güclənir.
Çıxışlardan sonra Azərbaycanın və Türkiyənin tanınmış incəsənət ustalarının ifasında xalqlarımız arasında əsrlərə söykənən dostluq və qardaşlıq duyğularını tərənnüm edən mahnılar ifa olunub.
Tədbir şəhər ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Cəmiyyət 2018-12-31 07:30:00