×
A
A
A
Sazlamalar

Braziliya Milli Konqresinin radiosunda Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verilib

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovun Braziliya Milli Konqresinin radiosu olan “Radiosenado”ya müsahibəsi radionun saytında yerləşdirilib. Bu barədə AZƏRTAC-a ölkəmizin Braziliyadakı səfirliyindən məlumat verilib.
“Səfir Elxan Poluxov Azərbaycanın müstəqilliyinin elan edilməsinin yüz ili haqqında danışdı” adlı müsahibədə
Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi və Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının iyirmi beş illiyi haqqında geniş məlumat verilib. Həmçinin müsahibədə ölkələrimiz arasında mövcud siyasi, iqtisadi əlaqələr, qarşılıqlı səfərlər, aprel ayında Bakıda keçirilən Kapoeyra yarışı haqqında danışılıb, ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri haqqında məlumat verilib.

CÜMHURİYYƏT - 100 2018-06-04 20:04:00