×
A
A
A
Sazlamalar

Türkiyənin “Milliyyət” qəzetində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məqalə dərc edilib

Ankara, 4 iyun, AZƏRTAC 

Türkiyənin “Milliyyət” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahimin Cümhuriyyətimizə həsr olunan məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və Azərbaycan-Türkiyə əlaqələri” sərlövhəli məqalədə türkdilli oxuculara Cümhuriyyətin yaradılması, keçdiyi yol, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası prosesləri barədə məlumat verilir.
Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasındakı əlaqələrə dair tarixi faktları oxuculara çatdıran müəllif iki qardaş ölkənin münasibətlərinin inkişafından bəhs edir. O vurğulayır ki, ötən əsrin sonunda müstəqilliyimizin bərpası qardaş Türkiyədə böyük sevinclə qarşılanıb. Türkiyə dövlət müstəqilliyimizi tanıyandan sonra ölkələrimiz arasında münasibətlər sürətlə inkişaf edib. Azərbaycan-Türkiyə münasibətləri nümunəvi xarakter daşıyır.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

CÜMHURİYYƏT - 100 2018-06-04 12:04:00