×
A
A
A
Sazlamalar

Turan Manafzadə: Azərbaycanın adı ilə öyünmək özü də şərəflidir

İstanbul, 31 may, AZƏRTAC 

Azərbaycan Xalq Cümhuriyyəti qürur yerimiz, şərəf və ləyaqətimizdir. Tarixin acı sınaqlarından çıxan bir millət üçün müstəqil dövlətinin mövcudluğundan böyük nə sərvəti ola bilər ki?
Cümhuriyyətimizin 100 illiyi ilə bağlı fikirlərini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşən gənc pianoçu və dirijor, Əməkdar Artist Turan Manafzadə Vətənimizi və xalqımızı xarici ölkələrdə təmsil etməyin böyük bir xoşbəxtlik olduğunu bildirib. Xalqımızı tərənnüm etməyin mühüm istiqamətlərindən biri də musiqidir. Gənc musiqiçi Azərbaycan sevgisi ilə bağlı fikirlərini belə ifadə edib: “Hər dəfə səhnədə olarkən alqış sədaları altında eşitdiyimiz Azərbaycan şüarlı sevgini duyğusuz yaşamaq olmur. Bu xoşbəxtliyi yaşayanda, ümummilli lider Heydər Əliyevin ifadə etdiyi kimi qürurlanıram ki, mən də azərbaycanlıyam!”.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

CÜMHURİYYƏT - 100 2018-05-31 01:54:00