Klaypedada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib
Klaypeda, 30 may, AZƏRTAC
Litvanın Klaypeda şəhərindəki Milli Mədəniyyətlər Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Klaypeda şəhərində fəaliyyət göstərən “Azeris” cəmiyyətinin sədri Əliağa Məmmədov tədbirdə çıxış edərək, bu bayramın hər bir azərbaycanlı üçün əlamətdar olduğunu vurğulayıb. Bildirib ki, 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, parlament və hökumət, müasir Azərbaycanın bayrağı və gerbi – bütün bu dövlət rəmzləri məhz yüz il əvvəl təsis edilib.
Tədbirdə Azərbaycanın bugünkü dinamik inkişafı, ölkəmizin tarixi, mədəniyyəti və incəsənətindən bəhs edən sənədli film nümayiş olunub.
Klaypedanın Milli Mədəniyyətlər Mərkəzində toplaşmış qonaqlar bütün azərbaycanlıları müstəqilliyin yüzilliyi münasibətilə təbrik ediblər. Bayram tədbirinin hər bir iştirakçısı qardaş xalqın həyatına daha yaxından bələd olmaqla yanaşı, milli geyimlər geyinib, musiqi dinləyib, rəqs edib, habelə Klaypeda üzərindəki açıq səmaya Azərbaycan və Litva bayraqlarının rəngləri olan şarlar buraxıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Klaypeda
Azərbaycan və Türkiyə pediatrlarının Mingəçevirdə birgə elmi-praktiki konfransı keçirilib
DTX-nin Mədəniyyət Mərkəzində Ulu Öndərə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
Pensiya və sosial müavinət alanlar arasında 2-ci Respublika Şahmat Turniri keçiriləcək
Cümhuriyyətin yaradılmasının 100 illiyi Türkiyənin Manisa vilayətində qeyd olunub
“AzerGold” QSC Cümhuriyyətin 100 illiyi münasibətilə elan olunan təqaüd proqramını yekunlaşdırıb