×
A
A
A
Sazlamalar

Mayami şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

Vaşinqton, 30 may, AZƏRTAC 

Florida ştatının Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar təntənəli bayram şənliyi keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, yeni qurulmuş dövlətin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərməsi, həmin dövrdə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirilmiş işlər barədə qonaqlara geniş məlumat verilib.
Bayram gecəsində Mayamidə və ətraf dairələrdə yaşayan Azərbaycan icmasının üzvləri iştirak edib.
Xatırladaq ki, mayın əvvəlində Mayami şəhərinin yerləşdiyi Mayami-Deyd dairəsinin meri Karlos Ximenes Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi bəyannamə imzalayaraq, 28 may tarixini Mayami-Deyd dairəsində Azərbaycan Milli Günü elan edib və bütün dairə sakinlərini Azərbaycan xalqının çoxsaylı töhfələrini qeyd etməyə çağırıb.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

CÜMHURİYYƏT - 100 2018-05-30 08:45:00