×
A
A
A
Sazlamalar

İbrahim Yıldırım: Əminəm ki, Cümhuriyyətimizin növbəti yubileylərini Qarabağda, Şuşada qeyd edəcəyik

İstanbul, 30 may, AZƏRTAC 

Azərbaycan Xalq Cümhuriyyəti dünya dövlətçilik tarixində ən şərəfli məqamlara çatan bir quruluş idi. Demokratik təsisatlar, insan haqları, xalqların birlik və bərabərliyi Cümhuriyyətin ən ali prinsipləri olub.
Cümhuriyyətimizin 100 illiyi ilə bağlı təəssüratlarını AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşən Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Mustafa Vəkiloğlunun qohumu, professor İbrahim Yıldırım bildirib ki, Azərbaycanın sürətli inkişafı dövlət müstəqilliyimizin əzmlə qorunmasını təmin edib. Azərbaycanın hər bir guşəsi adı qədər gözəlləşib. Əziz bayram münasibətilə səmimi sözlərini və xoş arzularını çatdıran İbrahim Yıldırım fikirlərini belə tamamlayıb: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qürur yeridir. Əminəm ki, Cümhuriyyətimizin növbəti yubileyini Qarabağda, Şuşada təntənə ilə qeyd edəcəyik”.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

CÜMHURİYYƏT - 100 2018-05-30 06:17:00