Azərbaycanlı ifaçı Moskvada Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan konsertdə çıxış edəcək
Bakı, 21 may, AZƏRTAC
Azərbaycanlı ifaçı Emil Qədirov iyunun 1-də Moskvada “Qradskiy Holl”da Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan konsertdə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Qradskiy Holl”un və musiqiçinin saytlarında yer alıb.
E.Qədirov Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Rusiyanın “Qolos” layihəsinin iştirakçısı olan E.Qədirov hazırda “Qradskiy Holl” teatrının solistidir. Onun repertuarına dünya klassik operasından ariyalar, müxtəlif ölkələrin bəstəkarlarının romansları və estrada mahnıları daxildir.
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
“Şərq musiqisinin peyğəmbəri” - Cabbar Qaryağdıoğlu haqqında videoçarx hazırlanıb