×
A
A
A
Sazlamalar

Bakıda Avropa Günü qeyd olunub

Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında Avropa Gününə həsr edilən bayram konserti olub.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Opera studiyasının uşaq xorunun ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Konsertdən əvvəl çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bütün avropalıları bayram münasibətilə təbrik edib, Avropa ölkələrinə sülh və tərəqqi arzulayıb. O qeyd edib ki, Azərbaycan ilə Avropa ölkələri arasında siyasi, iqtisadi və mədəni sahələrdə sıx əməkdaşlıq mövcuddur. M.Məmmədquliyev bu əlaqələrin daha da genişlənəcəyinə əmin olduğunu bildirib.
Sonra Əməkdar Artist Fuad İbrahimovun dirijorluğu ilə “Baku Chamber Orchestra”nın ifasında V.Motsart, A.Vivaldi, Q.Qarayev, F.Bədəlbəyli və digər bəstəkarların əsərləri səsləndirilib.
Orkestrin ifası böyük maraqla qarşılanıb.

Musiqi 2018-05-07 21:39:00