×
A
A
A
Sazlamalar

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
AZƏRTAC xəbər verir ki, 29 yaşlı qrosmeyster 12-ci turda ağ fiqurlarla Hindistan təmsilçisi Dommaracu Qukeşi sınağa çəkəcək.
Hazırda aktivində 3 xalı olan N.Abasov sonuncu - 8-ci pillədə qərarlaşıb. D.Qukeş isə 6,5 xalla ikinci sırada yer alıb.
Təmsilçimiz ötən gün 11-ci turda qarşılaşdığı fransalı Əlireza Firuzcaya məğlub olub.
Qeyd edək ki, İddiaçılar Turnirinə aprelin 22-də yekun vurulacaq.

 

 

 

İdman 2024-04-18 11:03:00