×
A
A
A
Sazlamalar

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Bakı, 8 may, AZƏRTAC

Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yığma Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.
Hazırlığa Marjona Savriyeva (50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram), Məhsəti Həmzəyeva (57 kiloqram), Şəhla Allahverdiyeva (66 kiloqram) və Aynur Rzayeva (75 kiloqram) cəlb olunublar. Bu gün start götürəcək məşqlər mayın 18-dək davam edəcək. Boksçuların hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.
Toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.

İdman 2024-05-08 10:29:00