×
A
A
A
Sazlamalar

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Bakı, 8 may, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərində şahmat üzrə “Dubai Police Global Chess Chalenge” yarışı keçirilir.
AZƏRTAC xəbər verir ki, 4 turdan sonra təmsilçilərimiz arasında ən yaxşı nəticə Xaqan Əhmədə məxsusdur. 12 yaşlı şahmatçı 4 oyunda 3 xal toplayıb və 6-21-ci yerləri bölüşür.
Digər şahmatçılarımızdan Aydın Süleymanlı 2,5 xalla 56-cı, Eltac Səfərli isə 2 xalla 76-cı pillədədir.

İdman 2024-05-08 11:23:00