×
A
A
A
Sazlamalar

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Bakı, 8 may, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olacaq.
AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin digər cavab oyununda Almaniya “Bavariya”sı İspaniyada “Real Madrid”lə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
Münhendəki ilk görüşdə məhsuldar heç-heçə qeydə alınıb – 2:2.
Qeyd edək ki, bu cütün qalibi finalda Almaniyanın “Borussiya Dortmund” klubuna rəqib olacaq.

İdman 2024-05-08 10:41:00