"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib
Bak, 8 may, AZƏRTAC
Türkiyə Kubokunda finala çıxan ilk komandanın adına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsində "Beşiktaş" və "Ankaragücü" komandaları üz-üzə gəlib. Görüş İstanbul nəhənginin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 70-ci dəqiqədə Muçi vurub.
Komandalar arasında Ankarada keçirilən qarşılama qolsuz heç-heçə ilə başa çatmışdı.
Bununla da "qara qartallar" tarixində 17-ci dəfə Türkiyə Kubokunda finala yüksəlib.
Qeyd edək ki, yarımfinalın digər görüşü "Fatih Karagümrük" və "Trabzonspor" arasında baş tutacaq. "Bordo-mavililər" ilk matçda 3:2 hesabı ilə qalib gəliblər.
"Fənərbağça" səfərdə "Qalatasaray"ı məğlub edib
Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ikinci oyununda "Xəzri"yə qalib gəlib
"Mançester Siti" İngiltərə çempionu olub
Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub