×
A
A
A
Sazlamalar

Türkiyəli mütəxəssislər astaralı arıçılarla təcrübə mübadiləsi aparıblar VİDEO

Astara, 23 aprel, Bağır Əliyev, AZƏRTAC

Türkiyəli mütəxəssislərin iştirakı ilə Astarada keçirilən seminarda qonaqlar yerli arıçılara öz təcrübələrindən danışıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, arıçılıq üzrə ixtisaslaşmış türkiyəli professor Banu İcəl təlim məşğələsində yerli fermerlərə əldə olunan balın keyfiyyəti barədə məlumat verib və bu sahənin inkişafı barədə tövsiyələrini çatdırıb. Bildirib ki, bölgənin arıçılıq üçün əlverişli imkana malik olması, saxlanılan arının irqi yüksək keyfiyyətli balın əldə olunmasına şərait yaradır.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, qış aylarında rayonda havaların mülayim keçməsi arı ailələri üçün də əlverişli olub. Fermerlər ötən ildən fərqli olaraq bu il daha çox məhsul götürməyi planlaşdırırlar.
Diqqətə çatdırılıb ki, əgər qablaşdırma yerləri olarsa, məhsul istehsalçıları yerli balı brend məhsul kimi xarici ölkələrə də ixrac edə bilərlər.
Seminar başa çatdıqdan sonra tədbir iştirakçıları arı ailələrinin saxlanma şəraiti ilə tanış olublar.

Kənd təsərrüfatı 2018-04-23 17:09:00

Video