Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Beyləqan, 25 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqan rayonunun pambıq tarlalarında son becərmə işləri aparılır.
Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2023-cü ildə 2740 hektarı “Azərpambıq” MMC, 2458,7 hektarı
“MKT İstehsalat Kommersiya” MMC, 800 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında, 675 hektarı isə innovasiya təsərrüfatında olmaqla, 6673,7 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib.
Hazırda pambıq tarlalarında son becərmə işləri aparılır, qozaların formalaşması üçün bitkilərə bar suyu verilir. Eyni zamanda təxminən bir neçə həftə sonra başlayacaq pambıq yığımına da hazırlıq görülür.
Rayonda pambıq yığımına 35 ədəd pambıqyığan kombayn, 99 ədəd traktor, 200 ədəd qoşqu cəlb edəcək. Bütün texnikalar, o cümlədən traktor və qoşqular məhsul yığımı üçün hazır vəziyyətə gətirilir. Sentyabrın ortalarında pambıq tarlalarında defolyasiya işləri həyata keçiriləcək. Məhsul yığımına isə sentyabrın sonlarında başlanılacaq. Bu mövsüm rayon üzrə 23 min tondan çox pambıq istehsalı gözlənilir.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb