×
A
A
A
Sazlamalar

Yaz aylarında Balakəndə 700 hektaradək yeni fındıq bağları salınacaq

Balakən, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Balakən rayonunda yeni fındıq bağlarının salınması istiqamətində işlər davam etdirilir. Yaz mövsümünün gəlişi ilə əlaqədar rayon ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində fındıq pöhrələrinin və tinglərin əkininə başlanılıb. Ümumiyyətlə, yaz aylarında rayon ərazisində 700 hektaradək yeni fındıq bağlarının salınması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib.
Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 9 min hektara yaxındır. Bu bağların 3 min 268 hektarı son iki ildə salınıb.
Yeni fındıq bağlarının salınması istiqamətində işlər cari ilin payız mövsümündə də davam etdiriləcək.

Kənd təsərrüfatı 2018-02-24 13:21:00