×
A
A
A
Sazlamalar

“Neyrocərrahiyyədə yeniliklər” simpoziumunda aktual çıxışlar dinlənilib

Bakı, 23 fevral, AZƏRTAC

Respublika Müalicəvi Diaqnostika Mərkəzində Azərbaycan Tibb Assosiasiyasının Neyrocərrahiyyə Dərnəyinin “Neyrocərrahiyyədə yeniliklər” adlı 1-ci simpoziumu keçirilib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, 50-dən artıq neyrocərrahın iştirak etdiyi simpoziumda “Neyrocərrahiyyənin keçdiyi ziddiyyətli yol”, “Hipofiz adenomalarının müalicəsində cərrahi taktika”, “Epilepsiya cərrahiyyəsi – müasir yanaşma” mövzularında aktual çıxışlar olub.
Neyrocərrah Azər Əkbərov öz məruzəsində Respublika Müalicəvi Diaqnostika Mərkəzində hipofiz adenomaları əməliyyatları zamanı əldə etdiyi təcrübədən danışıb.

Səhiyyə 2018-02-23 16:36:00