×
A
A
A
Sazlamalar

Rezidentlər “Təməl cərrahi bacarıqlar” kursunu başa vurublar

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasında rezidentlərin cərrahi bacarıqlarının artırılması məqsədi ilə son kurs keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Təməl cərrahi bacarıqlar" kursunun sonuncu hissəsi bağırsaq müsariqəsi damarlarının işlənilməsi və uc-uca bağırsaq anastomozunun qoyulması qaydalarına həsr edilib.
Ümumi cərrahiyyə kafedrasının assistenti Elnur Qasımov və I cərrahi xəstəliklər kafedrasının baş laborantı, tibb üzrə fəlsəfə doktoru Azər Hümbətov I və ll kursdan olan 7 rezidentə həmin qaydaları öyrədiblər. Kursun ilkin mərhələsində cərrahın alətlərlə işləmə qaydaları tədris olunub, rezidentlərə düyünlərin bağlanması, tikişlərin qoyulması, cərrahi alətlər barədə məlumat verilib.
Kursun təşkilatçısı Azər Hümbətovun dediklərinə əsasən ikinci hissədə bacarıqların artırılması vərdişləri yaş toxumalar üzərində həyata keçirilib: “Toxuma əsasən xüsusi ət parçalarından hazırlanıb, ateroma maketi yaradılıb. Rezidentlərə dəridə kəsiklərin aparılması, dəri tikişlərinin qoyulması, dərialtı aksislərin açılması və drenajı əməliyyatı, bağırsaqlar üzərində anostomozun qoyulması və digər biliklər öyrədilib”.
Rezidentlər həmin vərdişlərə yiyələnəndən sonra onların cərrahi əməliyyatlarda iştirakı təmin ediləcək.

Səhiyyə 2018-02-23 16:18:00