×
A
A
A
Sazlamalar

Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb

Ağdam, 22 fevral, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıqda məhsul istehsalı artıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci ilin yanvar ayında təsərrüfatlarda 3526 sentner ət, 28 min 863 sentner süd, 650 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalında dəyişiklik olmayıb, süd istehsalı 0,9 faiz, yumurta istehsalı 1,4 faiz artıb.
İstehsal olunan ətin 99,8 faizi, südün 98,4 faizi, yumurta isə bütövlükdə fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının payına düşür.

Kənd təsərrüfatı 2018-02-22 12:20:00