×
A
A
A
Sazlamalar

Rus Dram Teatrında “Kraliçanın son ehtirası” tamaşasının premyerası olacaq

Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 24-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Yelena Poddubnayanın “Yağış isə elə hey yağır” əsəri əsasında hazırlanmış “Kraliçanın son ehtirası” tamaşasının premyerası olacaq.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Xalq Artisti Aleksandr Şarovskidir. Səhnə əsərində Xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Əməkdar artistlər Natalya Şarovskaya, Salman Bayramov, aktyorlar Murad Məmmədov, Olqa Arsentyeva, Milana Sokolenko, Aleksey Saprıkin, Yaqub Zeynalov və başqaları iştirak edəcəklər.

Teatr və kino 2018-02-20 05:57:00