×
A
A
A
Sazlamalar

Operasevərlər üçün “Bohema” növbəti dəfə

Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin “Bohema” (La Boheme) operası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, operada əsas rolları Odessa Milli Akademik Opera və Balet Teatrının solisti Eduard Martınyuk, Azərbaycanın Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Afaq Abbasova, İnarə Babayeva, Tural Ağasıyev, teatrımızın solistləri Mahir Tağızadə və Fəhmin Əhmədli canlandıracaqlar.
Səhnə əsəri Belarusun Xalq artisti, Odessa Milli Akademik Opera və Balet Teatrının baş dirijoru Vyaçeslav Voliç tərəfindən idarə olunacaq.
Operanın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Biletləri teatrımızın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

 

Teatr və kino 2023-04-03 12:47:10