×
A
A
A
Sazlamalar

Teatr forumunun vaxtı dəyişdirilib

Bakı, 9 aprel, AZƏRTAC

Teatr rejissoru, Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru Azər Paşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
Belə ki, forum aprelin 10-11-dən aprelin 11-12-nə keçirilib.
Qeyd edək ki, Xalq artisti bu gün 76 yaşında dünyasını dəyişib.

Teatr və kino 2023-04-09 18:14:00