×
A
A
A
Sazlamalar

“Jizel” baleti növbəti dəfə səhnədə

Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 5-də Azərbaycan Dövlət Opera və Balet Teatrında “Jizel” baleti nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsrində rolları Əməkdar artistlər Nigar İbrahimova, Makar Ferştandt, teatrın solistləri Timur Oduşev, Samirə Məmmədova ifa edəcəklər.
Klassik balet sənətinin ən dəyərli nümunələrindən olan səhnə əsəri dirijor Orxan Həşimov tərəfindən idarə olunacaq.
Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

Teatr və kino 2023-04-03 11:30:55