×
A
A
A
Sazlamalar

Gənc Tamaşaçılar Teatrında həftəsonu tamaşaçıları maraqlı repertuar gözləyir

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu tamaşaçılar və şəhərimizin qonaqları üçün maraqlı repertuar tərtib edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şənbə və bazar günləri Xalq Artistləri Ağaxan Salmanlı və Yasin Qarayevin iştirakı ilə “2 gün sizinlə” layihəsi çərçivəsində “Açarını itirənlər” komediyası nümayiş olunacaq. Tamaşada Əməkdar Artist Almaz Mustafayeva və Zemfira Əbdülsəmədova da iştirak edəcək.
Teatrda, həmçinin məktəbliləri və kiçik yaşlı uşaqları da maraqlı tamaşalar gözləyir. Kollektiv fevralın 10-da “Buratinonun macəraları”, 11-də isə “Balaca və damda yaşayan Karlson” tamaşalarını nümayiş etdirəcək.
Hər iki tamaşa beynəlxalq layihə çərçivəsində Xorvatiyadan və Ukraynadan dəvət olunmuş yaradıcı heyətin iştirakı ilə hazırlanıb.
Tamaşalarda teatrın aktyorları Əməkdar Artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Manaf Dadaşov, Asya Atakişiyeva, Elşən Çarxanlı, İlham Əsədov, Xalidə Əliməmmədova, Anar Seyfullayev, Elgün Yəhyayev, Zülfiyyə Alhüseynova, Vahid Orucoğlu, Müşfiq Əliyev, Mehriban Hüseynova və başqaları iştirak edəcəklər.
Tamaşalara biletləri bütün mərkəzləşdirilmiş kassalardan və “ASAN xidmət” mərkəzlərindən və filiallarından əldə etmək olar.

 

Teatr və kino 2018-02-09 18:39:00