×
A
A
A
Sazlamalar

Masallının Kalinovka kəndində yeni tut bağı salınır

Masallı, 20 noyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda ənənəvi əkin sahələrinin və təsərrüfatların inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, rayonda baramaçılığı inkişaf etdirmək məqsədilə Kalinovka kəndində 9 hektar tut bağı var. Bu günlərdə isə əlavə 1 hektar sahədə yeni tut bağı salınır.
Əkin kampaniyasında kənd sakinləri ilə yanaşı, rayon rəhbərliyi də iştirak edib. İlk gün sahələrə 600 ədəd tut tingi köçürülüb.
Əkilən ağacların suvarılması məqsədilə Viləş çayından sahələrə su xətti çəkiləcək.

Kənd təsərrüfatı 2017-11-20 17:06:00