×
A
A
A
Sazlamalar

Türk təlimçi həkimlər Respublika Perinatal Mərkəzində iki günlük kurs aparıblar

Bakı, 21oktyabr, AZƏRTAC
Respublika Perinatal Mərkəzində “Ana və uşaq sağlamlığının qorunması və körpə ölümlərinin azaldılması” məqsədilə türk təlimçi həkimlərin iştirakı ilə iki gün davam edən “Yenidoğulmuşların doğum zalında ilkin reanimasiyası” kursu keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kursu Perinatal Mərkəz Türkiyə Respublikası Baş Nazirlik Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə birgə təşkil edib.
Kursda Quba, Sabirabad, Şəki, Lənkəran rayonları və Gəncə şəhər Perinatal Mərkəzləri, Şirvan Doğum Evi, Baki Sağlamlıq Mərkəzi, 3 nömrəli şəhər klinik xəstəxanası, 4 və 5 nömrəli doğum evləri və Kliniki Tibbi Mərkəzdən ümumilikdə 40 nəfər iştirak edib.
Kursun yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

Səhiyyə 2017-10-21 13:03:00