×
A
A
A
Sazlamalar

Filmlərin baxımlı olmasında peşəkar mütəxəssislərin üzərinə böyük məsuliyyət düşür

Bakı, 19 sentyabr, AZƏRTAC
Ağdam rayon Quzanlı qəsəbə Mədəniyyət evində “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair” Dövlət Proqramından irəli gələn tapşırıqların icrası ilə əlaqədar müşavirə keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müşavirədə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Rza Quliyevin “Dövlət sifarişi ilə çəkilmiş milli kinomuzun təbliği” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə Azərbaycan kinosunun böyük bir mərhələsinin inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb, “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” və digər filmlərin sovet senzurasından keçirilməsində Ulu Öndərin xüsusi xidmətləri olduğu diqqətə çatdırılıb.
Müşavirədə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov milli kinonun inkişafında qarşıya çıxan çətinliklərdən və əldə olunan nailiyyətlərdən danışıb, dövlətin bu sahəyə diqqətini təqdirəlayiq hal kimi qiymətləndirib. O, gənc nəslin formalaşmasında və milli ruhda tərbiyə olunmasında filmlərin əvəzsiz rolu olduğunu, bu sahədə rəqabətin vacibliyini bildirib. Vurğulayıb ki, müasir dövrdə çəkilən filmlərin baxımlı olmasında peşəkar mütəxəssislərin üzərinə böyük məsuliyyət düşür.
Digər çıxışlarda milli kinonun inkişafında təbliğat işinin vacibliyi qeyd edilib.
Müşavirənin sonunda “Yarımçıq xatirələr” filmi nümayiş olunub.

Teatr və kino 2017-09-19 18:13:00