Quşlar Təbriz-Bakı reysini yerinə yetirən təyyarənin uçuşunu ləngidib
Tehran, 13 sentyabr AZƏRTAC.
Təbriz-Bakı reysini yerinə yetirən təyyarənin mühərrik bölməsində quş yuvası aşkarlanması səbəbindən uçuş təxirə salınıb.
Bu barədə xəbər verən yerli mətbuatda bildirilib ki, İranın ATA Hava Yollarına məxsus təyyarə Təbrizin hava limanından Bakı istiqamətinə uçuşa hazırlaşarkən kapitan mühərrikdən qeyri-adi səsin gəldiyini duyub və mühərrikin yoxlanılmasını istəyib. Yoxlama zamanı məlum olub ki, mühərrikin yerləşdiyi bölməyə bir neçə quş girib.
Quşlar mühərrik bölməsindən götürüləndən sonra təyyarənin uçmasına icazə verilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib