Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Bakı, 12 avqust, AZƏRTAC
Antarktidada tədqiqatçılar 20 qolu və çiyələyə bənzər forması olan yeni növ dəniz canlısı aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, tədqiqatçılar bununla bağlı dərc etdikləri məqalədə Antarktida sahillərində tapılan dəniz zanbağı növü olan “Promachocrinus fragarius”un 20-yə yaxın budağının olduğunu, rənginin bənövşəyi və tünd qırmızı arasında dəyişdiyini bildiriblər.
Yeni kəşf edilən dəniz canlısının altındakı qolların kobud və zolaqlı, yuxarıdakıların isə daha tüklü olduğu qeyd edilib.
Bildirilib ki, böyük ölçülərə malik olan “Promachocrinus fragarius” okeanın təxminən 19-1981 metr dərinliklərində yaşayır.
Qeyd edək ki, araşdırmanın təfərrüatları “Onurğasızların Sistematikası” jurnalında dərc olunub.
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib