Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
Bakı, 16 iyun, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatından olan 21 yaşlı gənc kubik-rubiki 3,13 saniyə ərzində yığaraq rəqabətli idman növündə dünya rekordunu yeniləyib.
AZƏRTAC xəbər verir ki, Ginnesin rekordlar kitabına adını yazdıran kaliforniyalı Maks Park mexaniki tapmacanın yığılması üzrə 2018-ci ildə Yuşenq Du tərəfindən müəyyən olunan əvvəlki rekordu 0,34 saniyə yeniləyib. O, bundan öncə həmin yarışda 3,63 saniyə ilə ikinci yeri tuturdu.
Uşaq vaxtı autizm diaqnozu qoyulan Maks Park kubik-rubikin sürətli yığılmasının yaxşı terapiya olduğunu öz üzərində hiss etdikdən sonra onunla ciddi məşğul olmağa başlayıb.
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib