


Azərbaycan idmançısı boccia üzrə dünya çempionatında tarixi uğura imza atıb
Bakı, 31 avqust, AZƏRTAC
Cənubi Koreyanın paytaxtı Seulda boccia üzrə dünya çempionatı başa çatıb.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, BC2 kateqoriyasında mübarizə aparan Sona Ağayeva bürünc medal qazanıb.
İdmançı dünya reytinqinin 3-cü pilləsində qərarlaşan cənubi koreyalı Ahyonq Çoi üzərində qələbə qazanaraq fəxri kürsüyə qalxıb.
Bu, boccia idman növündə Azərbaycan paralimpiya hərəkatında Avropa və dünya çempionatlarında qazanılmış ilk medal kimi tarixə düşüb.
Novak Cokoviç karyerasında ilk dəfə “US Open”in birinci turunda məğlub olub
“Araz-Naxçıvan”ın futzalçısı: Çempionlar Liqasında ən arzuolunmaz rəqib “Piast”dır
Azərbaycan idmançısı boccia üzrə dünya çempionatında tarixi uğura imza atıb
Azərbaycan Premyer Liqası: “Sabah” “Araz-Naxçıvan”a, “Qarabağ” “Sumqayıt”a qarşı