×
A
A
A
Sazlamalar

“Sea Breeze” ərazisində Yay İdman Festivalı başa çatıb

Bakı, 29 avqust, AZƏRTAC

Avqustun 27-28-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sea Breeze” ərazisində Yay İdman Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov festivalı ziyarət edib, iştirakçıların nümunəvi çıxışlarını izləyib. İki gün davam edən festivalda 3x3 basketbol, reqbi, stolüstü tennis, badminton, voleybol, kəndirlə mübarizə, güləş, cüdo, taekvondo, kapoeyra, sumo, aykido, ciu-citsu, karate, mas-reslinq və avarçəkmə olmaqla, 16 idman növü üzrə nümunəvi çıxışlar təşkil olunub.
Festivalın açıq idman zonasında iştirakçılar öz bacarıqlarını yoxlayıb və yeni idman növləri ilə tanış olmaq imkanı əldə ediblər.

Müxbir – Cavid Əliyev
Fotoqraf - Orxan Kərimov
Videooperator - Ələkbər Baxşıyev

 

İdman 2026-08-29 08:23:00