×
A
A
A
Sazlamalar

Bakıda çimərlik güləşi üzrə Dünya Seriyasının açılış mərasimi olub

Bakı, 28 avqust, AZƏRTAC

Bakıda çimərlik güləşi üzrə Dünya Seriyasının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Gənclər və idman naziri Fərid Qayıbov “Sea Breeze” istirahət mərkəzinin növbəti dəfə idman yarışına ev sahibliyi etdiyini xatırladıb. Nazir təşkilatçılığa görə hər kəsə təşəkkür edib.
Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev ölkədə güləş idman növünün daim inkişaf etdiyini deyib. Onun sözlərinə görə, çimərlik güləşi üzrə yarışların təşkili Dünya Güləş Federasiyasının prioritetlərindən biridir.
Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Pedro Silva bildirib ki, bir ay əvvəl Azərbaycanda keçirilmiş U-17 dünya çempionatı yüksək səviyyədə təşkil olunub.
“Çimərlik güləşi üzrə dünya səviyyəli belə gözəl tədbirdə iştirak etmək xoşdur. Əminəm ki, bu, bizim Azərbaycana sonuncu səfərimiz olmayacaq”, – deyə Pedro Silva vurğulayıb.

Müxbir – Cavid Əliyev
Fotoqraf - Orxan Kərimov
Videoqraf - Ələkbər Baxşıyev

İdman 2026-08-28 23:37:00