


Qadın voleybolçularımız Avropa çempionatının pley-off mərhələsində Türkiyə yığması ilə qarşılaşacaq
Bakı, 29 avqust, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qadın voleybolçularımız qitə çempionatının səkkizdəbir final mərhələsində Türkiyə millisi ilə qarşılaşacaqlar. Belə ki, A qrupunda yer alan və Polşa ilə oyunda 2:3 hesabı ilə məğlub olan qardaş ölkə təmsilçisi qrupu 13 xalla ikinci pillədə başa vuraraq yığmamıza rəqib olub.
Xatırladaq ki, C qrupunda mübarizə aparan qadın voleybolçularımız Portuqaliya yığmasına 3:1, İspaniya kollektivinə 3:0, Rumıniya millisinə isə 3:2 hesabı ilə qalib gəlib. Komandamız Belçikaya 3:0, Niderlanda isə 3:1 hesabı ilə məğlub olsa da, aktivindəki 8 xalla qrup üçüncüsü kimi növbəti mərhələyə adlayıb.
Müxbir - Göyçək Mahmudlu
“Sea Breeze” ərazisində Yay İdman Festivalı başa çatıb
“Bavariya” Bundesliqanın yeni mövsümünün açılış matçında “Ştutqart”ı darmadağın edib
Qadın voleybolçularımız Avropa çempionatının pley-off mərhələsində Türkiyə yığması ilə qarşılaşacaq
Bakıda çimərlik güləşi üzrə Dünya Seriyasının açılış mərasimi olub
Yelizaveta Ruban: Bu gün qalib gəlmək arzusunda idik, təəssüf ki, alınmadı