


NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub
Naxçıvan, 28 avqust, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası 2026-cı il “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, NDU komandasının “Enactus” üzrə 6-cı çempionluğudur. Yarışda uğur qazanan komanda növbəti mərhələdə Azərbaycanı “Enactus World Cup 2026”-da təmsil edəcək. Dünya Kuboku bu il Braziliyada keçiriləcək.
NDU-nun “Enactus” komandası tələbələrin innovativ ideyalarının dəstəklənməsi, layihələrin reallaşdırılması və beynəlxalq təcrübənin təşviqi istiqamətində yaradılan imkanlardan yararlanaraq növbəti böyük uğura imza atıb.
Müxbir- Nail Əsgərov
Laçında səyyar stomatoloji aksiya təşkil edilib
İşğaldan azad olunmuş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı
NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub
Saatlı və Mingəçevir sakinləri kibertəhlükəsizlik məsələləri ilə bağlı marifləndirilib