×
A
A
A
Sazlamalar

® NDU-da rekord göstərici: 600-dən yuxarı bal toplayan tələbələrin sayında kəskin artım

Naxçıvan, 28 avqust, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinə yüksək nəticə ilə qəbul olunan tələbələrin sayında son illərdə nəzərəçarpacaq artım qeydə alınıb.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2024/2025-ci tədris ilində 600-dən yuxarı balla qəbul olan tələbələrin sayı 41 nəfər olduğu halda, 2025/2026-cı ildə bu rəqəm 152-yə yüksəlib. 2026/2027-ci tədris ilində isə NDU-nu 600-dən yuxarı balla seçən tələbələrin sayı 166 nəfərə çatıb.

Müxbir- Nail Əsgərov

Regionlar 2026-08-28 15:15:00