×
A
A
A
Sazlamalar

“DataRace”in ilk yarışının qalibləri açıqlanıb

Bakı, 28 avqust, AZƏRTAC

AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) yaratdığı “DataRace” platformasının “Apar”ın tərəfdaşlığı ilə keçirilən ilk yarışının qalibləri rəsmi mükafatlandırma mərasimində açıqlanıb.
AZƏRTAC xəbər verir ki, yekun nəticələrə əsasən Əli Məhərrəmli birinci yeri tutaraq 3000 manat, Elnur Mirzəzadə ikinci yeri tutaraq 2000 manat, Nural Şükürlü isə üçüncü yeri tutaraq 1000 manat pul mükafatı qazanıb.
“İstifadəçi Rəylərinin Təsnifatı” (User Feedback Classification) mövzusuna həsr olunan yarış 600-dən çox iştirakçının marağına səbəb olub, 300-dən çox iştirakçı isə real biznes çağırışı üzrə öz yanaşmasını təqdim edib.

Fotoqraf - Azər İbrahimov

İqtisadiyyat 2026-08-28 11:23:00