


“AzerGold”un ixrac gəlirləri 25 faiz artıb
Bakı, 28 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında “AzerGold” QSC 156,4 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz və ya 31,3 milyon dollar çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın avqust sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında “AzerGold” QSC-nin ixrac gəlirləri 125,1 milyon dollar olub.
® “Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
SOCAR-ın idarəsi 175 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib
Füzuli və Qəbələdə hərrac vasitəsilə 2 faydalı qazıntı yatağı istifadəyə verilib