×
A
A
A
Sazlamalar

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Bakı, 28 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında “SOCAR Polymer” MMC 154,4 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz və ya 3,5 milyon dollar azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın avqust sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri 157,9 milyon dollar olub.

İqtisadiyyat 2026-08-28 12:20:00