


“Qalatasaray” və “Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibləri bəlli olub
Bakı, 27 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasında liqa mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, Monakoda baş tutan püşkatma mərasimində Türkiyə təmsilçiləri “Qalatasaray” və “Fənərbağça”nın da rəqibləri bəlli olub.
“Sarı-qırmızılılar” İspaniyanın “Barselona”, Fransanın PSJ, İngiltərənin "Aston Villa", Portuqaliyanın "Sportinq", Niderlandın "Feyenoord", Fransanın "Lill", Almaniyanın "Ştutqart" və Yunanıstanın AEK komandaları ilə qarşılaşacaq.
“Fənərbağça”nın rəqibləri isə İspaniyanın “Atletiko Madrid” və “Vilyarreal”, İngiltərənin “Liverpul” və “Aston Villa”, İtaliyanın “Roma”, Ukraynanın “Şaxtyor Donetsk”, Çexiyanın “Slaviya Praqa” və Avstriyanın LASK klubları olacaq.
Qeyd edək ki, liqa mərhələsinə sentyabrın 8-də start veriləcək.
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb YENİLƏNİB 5
“Qarabağ” növbəti transferini açıqlayıb YENİLƏNİB
“Qalatasaray” və “Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibləri bəlli olub
Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri müəyyənləşib YENİLƏNİB
Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatını 8 medalla başa vurublar VİDEO