


Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri müəyyənləşib YENİLƏNİB
Bakı, 27 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Monakoda təşkil olunan tədbirdə Azərbaycan çempionu "Sabah"ın da rəqibləri müəyyənləşib.
Tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan Bakı təmsilçisi əsas mərhələdə İspaniyanın “Barselona” (ev), Almaniyanın “Borussiya Dortmund” (ev), İspaniyanın “Vilyarreal” (səfər), İtaliyanın “Napoli” (ev), Çexiyanın “Slaviya Praqa” (ev), Norveçin “Vikinq” (səfər), İngiltərənin “Arsenal” və “Mançester Yunayted” (hər ikisi səfər) klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, liqa mərhələsinə sentyabrın 8-də start veriləcək.
“Borussiya Dortmund”un yetirməsi “Qarabağ”da
“Qarabağ” “Tvente" ilə oyunda hesabı açıb YENİLƏNİB 3
“Qalatasaray” və “Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibləri bəlli olub
Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri müəyyənləşib YENİLƏNİB
Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatını 8 medalla başa vurublar VİDEO