×
A
A
A
Sazlamalar

Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatını 8 medalla başa vurublar

Bakı, 27 avqust, AZƏRTAC

Azərbaycanın çimərlik güləşçiləri Bakıda keçirilən U-17 dünya çempionatında 8 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət yığmanın heyətində Elcan Həsənov (60 kiloqram) və Nihat Süleymanlı (80 kiloqram) dünya çempionu olublar.
Finalda uduzan Əlirza Heybətli (60 kiloqram) və Elgün Kərimli (90 kiloqram) gümüş mükafata sahib çıxıblar. Tunar Quliyev (70 kiloqram) ilə Ruslan Vəliyev (80 kiloqram) isə 3-cü yeri tutublar.
Qadınların mübarizəsində isə Rəna Nuriyeva (65 kiloqram) gümüş, Simurə Abdullayeva (75 kiloqram) bürünc medala layiq görülüb.
Azərbaycan bu nəticə ilə komanda hesabında qadınlar arasında birinci olub. Kişilərdən ibarət komanda ikinci yeri tutub. İran birinci, Seneqal isə üçüncü olub.
Qeyd edək ki, çimərlik güləşi üzrə U-17 dünya çempionatı “Sea Breeze” istirahət mərkəzində keçirilib.

Müxbir – Cavid Əliyev
Fotoqraf - Orxan Kərimov
Videoqraf - Ələkbər Baxşıyev

İdman 2026-08-27 19:54:00