


Konfrans Liqası: “Qarabağ” və “Tvente”nin start heyətləri açıqlanıb
Bakı, 27 avqust, AZƏRTAC
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələcək "Qarabağ" və Niderlandın "Tvente" komandalarının start heyətləri açıqlanıb.
AZƏRTAC Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qarabağ": Martin Zlomisiçliç, Mateus Silva, Bədavi Hüseynov (k), Bense Varkonyi, Bruno Lanqa, Samuel Lobato, Marko Yankoviç, Kadi Borges, Aleksey Kaşuk, Jali Muaddib, Musa Qurbanlı;
Baş məşqçi: Qurban Qurbanov.
“Tvente”: Lars Unnerştall, Bart van Rooy, Ruud Niystad, Robin Pröpper, Maks Brüns, Ramiz Zerruki, Dauda Veydmann, Dan Rots, Yunes Taha, Sondre Öryaseter, Vut Veqorst;
Baş məşqçi: Con van den Brom.
Xatırladaq ki, bu cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq. Komandalar arasında Niderlandda keçirilmiş ilk görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Konfrans Liqası: “Qarabağ” – “Tvente” oyunu başlayıb
Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatını 8 medalla başa vurublar
Konfrans Liqası: “Qarabağ” və “Tvente”nin start heyətləri açıqlanıb
"Sea Breeze”də Yay İdman Festivalına start verilib
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub