


Naxçıvanda ekoloji monitorinqlər aparılıb
Naxçıvan, 27 avqust, AZƏRTAC
Bu ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Hidrometeorologiya Mərkəzinin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Babək, Culfa, Şərur, Sədərək, Şahbuz, Kəngərli və Ordubad rayonları ərazisində növbəti planlı ekoloji monitorinqlər həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, monitorinqlər çərçivəsində atmosfer havasının keyfiyyət göstəriciləri, radioaktiv fonun səviyyəsi, ətraf mühitə təsir göstərən fiziki amillər, elektromaqnit şüalanması, səs-küy və vibrasiya üzrə müvafiq ölçmə, müşahidə və təhlillər aparılıb. Ölçmə və təhlillərin nəticələrinə əsasən, monitorinq keçirilən ərazilərdə qeydə alınmış göstəricilərin ekoloji norma və standartlara uyğun olduğu müəyyən edilib.
Monitorinqlərin əsas məqsədi ətraf mühitin mövcud ekoloji vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsi, təbii proseslərin və antropogen amillərin ətraf mühitə mümkün təsirlərinin müəyyənləşdirilməsi, həmçinin regionda ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində nəzarət tədbirlərinin səmərəliliyinin artırılmasıdır.
Müxbir- Nail Əsgərov
Türk dünyasının arxeoloji və tarixi-mədəni irsi beynəlxalq onlayn seminarda müzakirə olunub
Naxçıvanda ekoloji monitorinqlər aparılıb
Ağsuda salınan badam bağlarının məhsulu xarici bazarlara da çıxarılacaq VİDEO
III “Ulduz Cup” beynəlxalq turnirinin qalibi müəyyənləşib
Nazirlik: Sosial siyasət Naxçıvanda yüksək səviyyədə icra edilir