×
A
A
A
Sazlamalar

Gəncədə əmək yarmarkası: 27 müəssisə, 168 vakansiya

Gəncə, 25 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində ixtisaslaşdırılmış əmək yarmarkası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Mərkəzində keçirilən yarmarkada 27 müəssisə iştirak edib və 168 vakansiya təqdim olunub.
Yarmarka zamanı vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər üçün müvafiq göndərişlər hazırlanıb.
Tədbir çərçivəsində işsiz və işaxtaran şəxslərə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşları tərəfindən peşəyönümü xidmətləri göstərilib. Həmçinin aktiv məşğulluq proqramları və müraciət qaydaları barədə məlumat verilib, işə müraciət etmək istəyən şəxslərlə ilkin sorğular aparılıb.


Müxbir - Elcan Məmmədov

Regionlar 2026-08-25 17:26:00