


Zəfər parkında “Mütaliə və melodiya”: fəal gənclərə kitablar hədiyyə olunacaq
Xaçmaz, 25 avqust, AZƏRTAC
Xaçmazda gənclərin mütaliəyə marağının artırılması, kitab oxumaq mədəniyyətinin təşviqi və onların asudə vaxtının səmərəli təşkili məqsədilə “Gənclərlə mütaliə və melodiya” adlı kitab sərgisi keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgi avqustun 28-də saat 15:00-da Xaçmaz şəhərindəki Zəfər parkında təşkil olunacaq. Xaçmaz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə gənclər üçün müxtəlif kitablarla tanış olmaq və onları seçmək imkanı yaradılacaq.
Sərgi çərçivəsində canlı musiqi və melodiya, “60 saniyədə kitab” təqdimatı, interaktiv oyunlar, foto guşəsi və digər maraqlı fəaliyyətlər nəzərdə tutulur. Tədbirdə fəal iştirakçılara kitablar hədiyyə ediləcək.
Müxbir- Elxan Yusifli
Naxçıvanda avqust ayı üzrə bütün növ sosial müavinətlər ödənilib
Gəncədə əmək yarmarkası: 27 müəssisə, 168 vakansiya
Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar
Oğuzda çiyələk istehsalı genişləndirilir - hədəf xarici bazarlardır
Zəfər parkında “Mütaliə və melodiya”: fəal gənclərə kitablar hədiyyə olunacaq