×
A
A
A
Sazlamalar

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçib

Bakı, 25 avqust, AZƏRTAC

Venesuelada baş verən zəlzələ nəticəsində 6509 nəfər həlak olub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigezin Teleqram kanalında dərc edilmiş açıqlamasında bildirilib.
Qeyd olunub ki, yeraltı təkanlarla əlaqədar 226 min 696 nəfər yaralanıb və tibbi yardım alıb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib. 25 mindən çox evə ciddi ziyan dəyib.
Xatırladaq ki, Venesuelada iyunun 24-də 7,2 və 7,5 bal gücündə zəlzələlər baş verib.

Dünya 2026-08-25 07:54:00