


Kanada Aİ ilə danışıqlara başlayır
Bakı, 25 avqust, AZƏRTAC
Kanada hökuməti Avropa İttifaqı (Aİ) ilə iqtisadi və təhlükəsizlik tərəfdaşlığının gücləndirilməsinə dair danışıqlara başlamaq niyyətindədir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Karni bildirib.
O, Aİ ilə aktiv müzakirələrə bu ilin payız aylarında başlanacağını diqqətə çatdırıb.
Mark Karni vurğulayıb ki, Kanada şirkətləri 1,5 milyard istehlakçının rüsumsuz giriş imkanından istifadə edir.
O, həmçinin qeyd edib ki, Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası ölkələri və Hindistanla yeni ticarət müqavilələri vasitəsilə növbəti 6 ayda bu rəqəmi ikiqat artırmağı gözləyirlər.
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçib
Rusiyada yüz minlərlə hektar meşə sahəsini yanğın bürüyüb YENİLƏNİB
Kanada Aİ ilə danışıqlara başlayır