×
A
A
A
Sazlamalar

Rusiyada yüz minlərlə hektar meşə sahəsini yanğın bürüyüb YENİLƏNİB

Bakı, 25 avqust, AZƏRTAC

Rusiyanın Krasnoyarsk diyarında meşə yanğınlarının sahəsi son 24 saat ərzində 34 min hektar artaraq 439 min 400 hektara çatıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bölgənin üç rayonunda -Evenki, Turuxansk və Yeniseydə yanğınlar davam edir.
Yaşayış məntəqələri üçün təhlükə yoxdur. Yanğınların söndürülməsində 647 nəfər iştirak edir.

06:29

Rusiyanın Yakutiya bölgəsində aktiv meşə yanğınlarının sahəsi 1,2 milyon hektardan çoxdur.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu gün regionda 60 aktiv meşə yanğını qeydə alınıb.
Yanğınların qarşısını almaq üçün təyyarələrdən də istifadə olunur.
Məlumata görə, Yakutiyada iyulun 10-dan fövqəladə vəziyyət elan edilib, 14 bələdiyyədə xüsusi yanğın təhlükəsizliyi qaydaları tətbiq olunub.

 

Dünya 2026-08-25 07:26:00